yadından çıxart! (bu barədə heç fikirləşmə!)

get that right out of your head! об этом и думать забудь!
yadında qalmaq (nəyinsə şahidi olmaq), bir kəsin yadında qalmaq (nəyinsə şahidi olmaq)
yadınızda qalsın (nəzərinizdə saxlayın)
OBASTAN VİKİ
Onlayn fikirləşmə
Onlayn fikirləşmə — qeyri-institusional, institusional və eksperimental onlayn müzakirələrin bir çox formalarını təsvir etmək üçün istifadə olunan geniş termin. Termin həmçinin, elektron informasiya və kommunikasiya texnologiyalarının (İKT) istifadəsinə əsaslanan məsləhətləşmə proseslərinin dizaynı, həyata keçirilməsi və öyrənilməsi ilə bağlı yaranan təcrübə və tədqiqat sahəsini təsvir edir. Baxmayaraq ki, internet və sosial media kompüter vasitəçiliyi ilə kommunikasiya vasitəsilə onlayn diskursiv iştirak və müzakirələri təşviq etsə də, onlayn müzakirənin akademik tədqiqi 2000-ci illərin əvvəllərində başlamışdır. Tədqiqatçılar onlayn müzakirələrin üzbəüz qarşılıqlı əlaqədən daha az faydalı olmadığı fikrini müdafiə etmiş, ictimai sferanın genişləndirilməsi kimi onlayn müzakirələrin faydasını şübhə altına almışdılar. Kompüter vasitəçiliyi ilə aparılan nitq şəxsiyyətsiz hesab edilir və onlayn ədəbsizliyi təşviq edir. Bundan əlavə, siyasətlə bağlı onlayn müzakirələrdə iştirak edən istifadəçilər yalnız öz fikirləri ilə razılaşan qruplarda şərhlər verirlər. Onlayn müzakirələrə dair elmi araşdırmalar fənlərarası xarakter daşıyır. Bu, kompüter vasitəçiliyi ilə kommunikasiyanın digər formalarından istifadə edən onlayn məsləhətləşmə, e-iştirak, e-hökumət, vətəndaşdan vətəndaşa (C2C), onlayn məsləhətçi sorğu, kraudsorsinq, onlayn yardım, onlayn tədqiqat icmaları, interaktiv e-təlim, internet forumlarında və onlayn çatlarda vətəndaş dialoqu, qrup qərarlarının qəbulu kimi təcrübələri əhatə edir. E-demokratiya Rəqəmsal vətəndaş Online deliberation resources Developing and Using Online Tools for Deliberative Democracy - the first conference on online deliberation, Carnegie Mellon University (June 2003) Online Deliberation 2005 / DIAC-2005 - the Second Conference on Online Deliberation: Design, Research, and Practice, Stanford University (May 2005) Tools for Participation: Collaboration, Deliberation, and Decision Support (DIAC-2008/OD2008) - the Third Conference on Online Deliberation, University of California, Berkeley (June 2008) The Fourth International Conference on Online Deliberation - University of Leeds (June 30-July 2, 2010) Online Deliberation: A Review of The Literature, Bang The Table, 7 Aug. 2017.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Tarix qavramı barədə tezislər
Tarix qavramı barədə tezislər — Alman-yəhudi filosof Valter Benyaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Bu bizik
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
Bu Şəhərdə
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərov Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, sondur
Bu sondur (ing. This Is the End) — 2013-cü il Amerika qorxu komediya filmi. Rejissorluğu Set Rocen və Evan Qoldberqin etdiyi filmin baş rollarında Set Roqen, Ceyms Frenko, Cona Hill, Cey Baruşel, Danni Makbrayd və Kreyq Robinson yer almaqdadır. Film 14 iyun 2013-cü ildə təqdim edildi və tənqidçilərdən müsbət rəylər aldı.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Polkovnikə heç kim yazmır
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Heç kim (film, 2021)
Heç kim (ing. Nobody) — Derek Kolstad'ın senarisində İlya Naişuller tərəfindən idarə olunan bir Amerikan filmi komediyası. Baş rollarda Bob Odenkerk, Connie Nielsen, Aleksey Serebryakov və Christopher Lloyd oynayır. Film, evinə oğru girdikdən sonra ailəsini qorumağa çalışan və cinayətlə üzləşmək məcburiyyətində qalan bir ailə başçısından bəhs edir . Filmin prodüserləri Odenkerk və David Litchdir. Film Rusiyada 18 mart 2021-ci ildə ABŞ-da martın 26-da nümayiş olundu, distribütoru Universal Pictures-dir. Film dünya üzrə 57,5 ​​milyon dollar gəlir əldə etdi və tənqidçilərdən müsbət rəylər aldı, onlar Odenkerkinin varisliyini və aktyorluğunu yüksək qiymətləndirirlər. == Süjet == Hutch Mansell, qayınatası Eddiyə məxsus metal emalı fabrikində ofis işçisi kimi darıxdırıcı həyat sürən adi bir insandır. Hutchin arvadı Bekki illərdir ona soyuq yanaşır. Hutch oğlu Bleyklə yaxşı yola getmir və yeganə qızı Semmi ona bağlıdır.
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar.
Heç yerdə (film, 2023)
Heç yerdə — rejissor Alberto Pino tərəfindən 2023-cü ildə çəkilmiş ispanların sağ qalmaq haqqında olan triller filmidir. Filmin ssenarisi Ernesta Rieri, Miqel Rusa, İndian List, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmdə baş rolları Anna Kastilo və Tamar Novas ifa etmişdirlər. Distopik bir şəraitdə keçən filmin süjet xətti, totalitar rejimin ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ərindən ayrılan Mia (Kastilo) haqqındadır. == Rollarda == Anna Kastilo — Mia Tamar Novas — Niko == Çəkiliş == İndiana Listanın hekayəsi əsasında çəkilmiş olan bu ekran əsərinin süjet xətti Ernest Riera, Migel Ruz, İndiana Lista, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmin prodüseri Migel Ruz olmuşdur. Onun Rock&Ruz studiyasındakı partnyoru olan Cordi Roka isə filmin icraçı prodüseri olmuşdur. Filmdəki atışma səhnələri Tarraqona limanında çəkilmişdir. == Buraxılış == Film 29 sentyabr 2023-cü ildə Netflix yayım platformasından başqa heç bir yerdə buraxılmamışdır. Netflix platformasında film böyük maraqla qarşılanmış və ilk üç gün ərzində 24 milyondan çox baxış sayı əldə etmişdir.
"Bu Şəhərdə" Prodakşn
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərov Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, Mircavaddır (1987)
Bu, Mircavaddır qısametrajlı sənədli televiziya filmii rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film tanınmış Azərbaycan rəngkarı Mircavad Cavadova həsr olunmuşdur. == Məzmun == Film tanınmış Azərbaycan rəngkarı, sağlığında yaradıcılığına dövlət orqanları tərəfindən göz yumulan, istedadlı rəssam Mircavad Cavadova həsr olunmuşdur.
Bu, Şotlandiyanın neftidir
Bu, Şotlandiyanın neftidir (ing. It's Scotland's oil) — 1970-ci illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) istifadə etdiyi siyasi şüar. Şotlandiya sahillərində yerləşən Şimal dənizinin neftli-qazlı hövzəsində yataqların istismar edilməsindən sonra ŞMP bu faktdan öz siyasi kampaniyası üçün istifadə etməyə başlamışdı. ŞMP iddia edirdi ki, neft hasilatından əldə olunan gəlir yalnız Şotlandiyanın müstəqilliyi halında onun inkişafı üçün xərclənə bilər. Bunun ardınca onlar Şotlandiya parlamentinin bərpası və sonradan Şotlandiyanın tam suverenliyi məsələsini qaldırmışdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == Murkens, J, Jones, P & Keating, M (2002) Scottish independence — A Practical Guide. Edinburgh University Press. Edinburgh. Kemp, A.G & Stephen, L (1999) Expenditures and Revenues from the UKCS — Estimating the hypothetical Scottish Shares 1970—2003 North Sea Study Occasional Paper No. 70.
Bu divarı sökün!
"Bu divarı sökün!" (ing. Tear down this wall!) — ABŞ Prezidenti Ronald Reyqanın 1987-ci il 12 iyun tarixində Qərbi Berlində söylədiyi nitqin bir hissəsi. O zaman Reyqan, SSRİ dövlət başçısı Mixail Qorbaçova müraciət edərək 1961-ci ildən bəri Berlin şəhərini qərb və şərq hissələrinə ayıran səddin aradan qaldırılmasına çağırış etmişdir. Nitq o zaman nisbətən kiçik media əhatəsi qazansa da, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra daha çox tanındı. Lakin nitqin divarın yıxılmasında nə qədər təsirli olması ilə bağlı müzakirələr var. == Zəmin == "Bu divarı sökün" adlanan nitq Ronald Reyqanın Berlin divarına yönəlmiş ilk çıxışı deyildi: 1982-ci ildə Qərbi Almaniyaya səfəri zamanı o, bəyan etdi ki, "Mən Sovet İttifaqı liderinə bir sual ünvanlamaq istəyirəm […] Nəyə görə orada divar mövcuddur?" Divarın tikilməsindən 25 il sonra 1986-cı ildə, buna cavab olaraq, Qərbi Almaniyanın "Bild" qəzeti Reyqana belə bir sual ünvanladı ki, "O, divarın sökülə biləcəyini nə zaman düşündü?" və cavab olaraq, Reyqan bildirdi ki, "Mən divarın sökülməsi üçün məsul şəxslərə [bu gün] çağırış edirəm". Reyqanın 1987-ci ildə Berlinə olan səfərindən öncə 50.000 insan ABŞ Prezidentinin gəlişi əleyhinə nümayiş keçirdi. Onun gəlişi dövründə baş verə biləcək hər hansı anti-Reyqan nümayişlərinin qarşını almaq məqsədi ilə Berlin şəhərinin geniş bir ərazisi bağlandı. Xüsusilə Kroytsberq küçəsi bu məqsədlə əsas götürülərək, şəhərin bu hissəsi boyunca hərəkət tamamilə məhdudlaşdırıldı. Nitq həmçinin Reyqan administrasiyası üçün də çox böyük anlaşılmazlıq mənbəyi idi.
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu qadın (mahnı)
Bu sevgi (mahnı)
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Yusif Bu-Ariş
Bu həyat (serial)
Bu həyat (ing. This Life) — 1996–1997-ci illərdə BBC Two telekanalında yayımlanan Britaniya televiziya dram serialı. Emi Cenkins tərəfindən yaradılmış olan bu serial World Productions tərəfindən istehsal olunmuşdur. Serial iyirmi yaşlarında bir qrup hüquq məzunu olan otaq yoldaşının həyatından bəhs edir. Serialın uzun müddətdən sonra 2007-ci ildə personajların yenidən bir araya gəldiyi xüsusi bir epizodu buraxılmışdır.
Bu oğlanın həyatı
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq … Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.